Qırmızı toplar klublarımıza nə vaxt veriləcək? - AÇIQLAMA

Qırmızı toplar klublarımıza nə vaxt veriləcək? - AÇIQLAMA

Dekabra kimi mülayim keçən havalar artıq soyumağa başlayıb və belə desək, qışın nəfəsi aydın hiss olunmaqdadır. Sinoptiklər qarşıdakı günlər üçün qar proqnozlaşdırır. Təbii ki, belədə Azərbaycan Premyer Liqası üçün də bir mövzu aktuallıq daşıyır - rəngli top. 

Yada salaq ki, ötən mövsümün 19-cu turunda baş tutan "Qəbələ" - "Zirə" oyunu əlverişsiz hava şəraitinə görə yarımçıq dayandırıldışdı. İlk yarının gedişində meydan ağ örtüyə büründüyündən, top demək olar, görünməz olmuşdu. Bununla belə, mübarizə fasiləyə qədər bu şəkildə davam etdirilmişdi. İkinci hissədə komandalar qırmızı cizgiləri olan topla oynasalar da, bu, anoloji hallarda istifadə olunan rəngli toplardan fərqləndiyi üçün həmin effekti verməmişdi.

Maraqlıdır, PFL bu mövsüm üçün klublara qarlı hava şəraitində oynanılan rəngli toplardan paylayıb?

Fanat.Az məsələyə aydınlıq gətirmək üçün Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasovla əlaqə saxlayıb. 

"Bildiyiniz  kimi, Peşəkar Futbol Liqası ilə "Adidas" şirkəti arasında  imzalanmış müqaviləyə əsasən endirimli qiymətlər əsasında  toplar əldə olunub və klublara təqdim olunub. Eyni zamanda, biz  qış mövsümünə, birbaşa olaraq qarlı hava şəraitində oynamaq üçün lazım olan  xüsusi rəngli toplar da  artıq  PFL-də var. Belə demək mümkündürsə, qarlı hava şəraitindəki oyunlara hazırıq".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər