Qattuzonun yeni iş yeri bilindi

Qattuzonun yeni iş yeri bilindi

İtaliya millisinin sabiq müdafiəçisi Cennaro Qattuzonun yeni iş yeri bəlli olub.

Fanat.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis Xorvatiyanın "Hayduk" klubunun baş məşqçisi kimi çalışmağa razılıq verib. 

Bu barədə Split təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İtaliyalı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qattuzonun sonuncu klubu "Olimpik Marsel" olub. O, Fransa təmsilçisindən bu ilin fevralında ayrılmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər