Qattuzo qovuldu

Qattuzo qovuldu

"Olimpik Marsel"in baş məşqçisi Cennaro Qattuzo istefaya göndərilib. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib. 

Xəbərə görə, italiyalı mütəxəssisə bu gün Marsel klubunun idarə heyətinin müvafiq qərarı barədə məlumat verilib. "Brest"ə uduzmasından (0:1) sonra rəhbərliyin "səbr kasası" daşıb. 

Cennaro Qattuzo sentyabrın sonundan etibarən Fransa təmsilçisini çalışdırırdı. "Olimik" o vaxtdan bəri 24 oyun keçirib və bu görüşlərdə 9 qələbə, 8 heç-heçə və 7 məğlubiyyətlə yadda qalıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər