Qari Nevill: "Ranqniki yerində oturtdular"

Qari Nevill: "Ranqniki yerində oturtdular"

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill keçmiş klubunun “Mançester Siti” ilə (1:4) oyununu dəyərləndirib.  

Fanat.Az xəbər verir ki, "BBC" 47 yaşlı mütəxəssisin fikirlərini belə çatdırır:

“İlk olaraq demək istəyirəm ki, “Mançester Siti” xüsusilə ikinci hissədə inanılmaz oynadı. “Mançester Yunayted” əvvəlcə oyuna yanaşmanın ciddiliyini göstərsə də, sonradan geri çəkildi. Komanda son 25 dəqiqədə biabırçı görünürdü. Ranqnik ilk dəfə güclü rəqiblə qarşılaşdı və onu dərhal yerinə oturtdular".

Xatırladaq ki, "Mançester Siti" 28 turdan sonra 69 xalla turnir cədvəlinin 1-ci pilləsindədir. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər