Qaret Beylin AVRO-2024 arzusu

Qaret Beylin AVRO-2024 arzusu

"Los-Anceles Qalaksi"nin futbolçusu Qaret Beyl AVRO-2024-də iştirak etmək arzusundadır. 

Fanat.Az xəbər verir ki, Uels millisinin hücumçusu bu barədə "The Telegraph" nəşrinə açıqlamasında bildirib: 

"Bütün çətinliklərə hazırdır. Hələ 33 yaşım var. Qarşıda məni çox illər gözləyir. 6 və ya 12 aylıq yox, "Qalaksi"də mümkün qədər uzun müddət oynamaq istəyirəm. Gələcəyi səbirsizliklə gözləyirəm və bu, mənə növbəti Avropa çempionatına yollanmağa, hətta daha da irəli getməyə imkan verir". 

Qeyd edək ki, Beyl 2006-cı ildən Uels millisində çıxış edir. 103 oyunda meydana çıxan forvard 38 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər