Qaret Beyl millidən gedir? - Özü açıqladı

Qaret Beyl millidən gedir? - Özü açıqladı

Qətərdə keçirilən dünya çempionatında qrupda qalaraq mübarizəni dayandıran Uels millisinin kapitanı Qaret Beyl gələcək taleyinə aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, "BBC Sport" 33 yaşlı forvardın dediklərini belə çatdırıb: 

“Bacardığım qədər və ehtiyac olduğu müddətdə milli komandada oynamağa davam edəcəm.

Açığı, hazırda komanda üçün çətin məqamdır. Lakin biz irəli baxmalıyıq. Mart ayında biz AÇ-2024-ün seçmə oyunlarına başlayırıq”.

Beylin dünya çempionatından sonra milli komandanı tərk edəcəyi bildirilirdi. 

Qeyd edək ki, Uels B qrupunda 1 xalla sonuncu yeri tutub. Qrup mərhələsinin ilk turunda ABŞ (1:1) ilə bərabərə qalan komanda bundan sonra İran (0:2) və İngiltərəyə (0:3) məğlub olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər