“Qarabağ”ın rəqibindən darmadağın

“Qarabağ”ın rəqibindən darmadağın

Almaniya Bundesliqasında 5-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 2 görüş baş tutub.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer” evdə “Haydenhaym”la qarşılaşıb və böyük hesabla qalib gəlib.

“Ayntraxt”la “Frayburq”un görüşü isə qolsuz bitib.

Hazırda 13 xala malik “Bayern”lə “Bayer” zirvəyə şərikdirlər. “Ştutqart”, “Leypsiq” və “Hoffenhaym” 12 xal toplayıblarsa, Dortmund “Borussiya”sı 11 xalla 6-cı pillədə qərarlaşıb.

Almaniya Bundesliqası 5-ci tur 22 sentyabr

Ştutqart – Darmştadt 3:1 Qollar: Millot, 22. Jirassi, 32; 90+2 – Zaqadu, 17-öz qapısına.

23 sentyabr

Auqsburq – Maynts 2:1 Qollar: Demiroviç, 15; 45 – Ayorke, 6.

Borussiya (Mönhenqladbah) – Leypsiq 0:1 Qol: Verner, 75.

Bayern – Bohum 7:0 Qollar: Şupo-Motinq, 4. Keyn, 13; 54-pen; 88. De Liqt, 29. Sane, 38. Tel, 81.

Borussiya (Dortmund) – Volfsburq 1:0 Qol: Roys, 68.

Union Berlin – Hoffenhaym 0:2 Qollar: Kramariç, 22. Bayer, 38.

Verder – Köln 2:1 Qollar: Borre, 38. Njinma, 67 – Selke, 31.

24 sentyabr

Bayer – Haydenhaym 4:1 Qollar: Bonifase, 9; 74-pen. Hofmann, 63. A.Adli, 82 – E.Dinkci, 58.

Ayntraxt – Frayburq 0:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər