“Qarabağ”ın rəqibindən darmadağın

“Qarabağ”ın rəqibindən darmadağın

Almaniya Bundesliqasında 3-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” evdə “Darmştadt”a böyük hesabla qalib gəlib. Leverkuzen təmsilçisi hazırda 9 xalla liderdir.

“Auqsburq” - “Bohum” matçında qalib müəyyənləşməyib. “Hoffenhaym” “Volfsburq”u, “Ştutqart” “Frayburq”u, “Verder” də “Maynts”ı məğlub yola salıb. Son çempion “Bayern” də səfərdə Mönhenqladbah “Borussiya”sına qalib gəlib.

Almaniya Bundesliqası 3-cü tur 1 sentyabr

Borussiya (Dortmund) – Haydenhaym 2:2 Qollar: Brandt, 7. E.Can, 15-pen – E.Dinkçi, 61. Klayndinst, 82-pen.

2 sentyabr

Auqsburq – Bohum 2:2 Qollar: Belyo, 35. Demiroviç, 62 – Asano, 45+3; 64.

Bayer – Darmştadt 5:1 Qollar: Bonifase, 21. Palasio, 49. Bonifase, 61. Hofmann, 67. Hlojek, 83 – Vilhelmsson, 25.

Hoffenhaym – Volfsburq 3:1 Qollar: Bruks, 45+2. Beyer, 60. Skov, 74 – Tomas, 36.

Ştutqart – Frayburq 5:0 Qollar: Fuhrix, 8; 62. Jirassi, 17; 19. Millot, 75.

Verder – Maynts 4:0 Qollar: Duks, 3. Staqe, 53. Bittenkur, 82. Njinma, 83.

Borussiya (Mönhenqladbah) – Bayern 1:2 Qollar: İtakura, 30 – Sane, 58. Tel, 87.

3 sentyabr

17:30. Ayntraxt – Köln 19:30. Union Berlin – Leypsiq

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər