“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqiblərindən "Molde" Norveç çempionatında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda 27-ci tur çərçivəsində səfərdə “Rusenborq”la qarşılaşıb.
Görüş “Molde”nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Molde" hazırda 44 xalla 5-ci pillədə qərarlaşıb.