"Real Madrid" İspaniya La Liqasının XVIII turu çərçivəsində öz meydanında "Kadis"lə heç-heçə edib - 0:0.
Fanat.Az xəbər verir ki, Karlo Ançelottinin komandası statistik göstəricilərdə nəzərəçarpacaq üstünlük əldə etsə də, rəqib qapısına yol tapa bilməyib.
Madrid klubu "Kadis"in qapısı istiqamətində 36 zərbə endirib və onlardan 9-u çərçivəyə tuşlanıb. Oyunun 81,95 %-də topa sahib olub. Ki, bu da 2005/06 mövsümündən bəri klubun bu komponentdə ən yaxşı nəticəsidir.
Qeyd edək ki, "Kadis"in qapısını Jeremi Ledesma qoruyub.
Emin