Qana yığmasından inamlı qələbə

Qana yığmasından inamlı qələbə

Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyində bu gün daha 1 qarşılaşma baş tutub.

C qrupunda yer alan Qana millisi Sudan üzərində qələbəyə sevinib. Bu qrupun digər matçında Madaqaskar yığması Mərakeş ilə qarşılaşmalı olsa da, sonuncuların siyasi səbəblərə görə Əlcəzairə gəlməməsi səbəbindən oyun baş tutmayıb.

Afrika Millətlər Kuboku C qrupu 18 yanvar

Qana – Sudan 3:1 Qol: Yiadom, 45+3. Afriyie, 64-pen. Suraj, 90+8 – Nuh, 31.

Xal: Madaqaskar, 3. Qana – 3. Sudan – 0. Mərakeş – 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər