"Qalatasaray"dan transfer bombası

"Qalatasaray"dan transfer bombası

Baş məşqçi postuna Okan Buruku gətirən "Qalatasaray" transfer çalışmalarını davam etdirir.

Fanat.Az xəbər verir ki, İstanbul klubu "Benfika"dan Haris Seferoviçin keçidini yekunlaşdırmaq üzrədir.

Məlumatı "Fanatik" yayıb. 

"Qalatasaray"dan transfer bombası

Xəbərə görə, meneceri ilə böyük ölçüdə anlaşma əldə olunan isveçrəli futbolçunun satın alma hüquq ilə birlikdə icarə götürülməsi nəzərdə tutulub.

"Qalatasaray" "Benfika"ya ümumilikdə 3.5 milyon, futbolçuya isə illik 2 milyon avro ödəməyi planlaşdırır.

Qeyd edək ki, 30 yaşlı forvard karyerası ərzində "Benfika"dan başa İsveçrənin "Qrasşopper", "Sürix", "Lutsern", "Xamax", Almaniyanın "Ayntraxt" (Frankfurt), İspaniyanın "Real Sosyedad", İtaliyanın "Fiorentina", "Novara" və "Leççe" klublarında çıxış edib. O, İsveçrə millisində keçirdiyi 86 oyunda 25 qol vurub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər