“Qalatasaray”dan inamlı qələbə

“Qalatasaray”dan inamlı qələbə

Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 3 görüş baş tutub.

“Samsunspor” evdə “Kayserispor”u, “Rizəspor” “Trabzonspor”u, “Qalatasaray” isə “İstanbulspor”u məğlub edib.

Hazırda lider “Fənərbaxça” ilə “Qalatasaray”ın 57 xalı var. “Trabzonspor” 37 xalla üçüncüdür. “Beşiktaş” 36, “Rizəspor” 35, “Antalyaspor” 33, “Adana Dəmirspor” 31 xal toplayıb.

Türkiyə Super Liqası 22-ci tur 23 yanvar

Hatayspor – Alanyaspor 1:1 Qollar: Rivas, 5 – O.Aydın, 89-pen.

Beşiktaş – Adana Dəmirspor 0:0

Pendikspor – Kasımpaşa 3:2 Qollar: U.Nayir, 19. Tiam, 44-pen. Türam, 90 – Rassul, 6-öz qapısına. G.Gül, 25.

24 yanvar

Ankaragücü – Fatih Karagümrük 2:0 Qollar: A.Güneren, 24. Maçeda, 61.

Qaziantep – Konyaspor 1:1 Qollar: M.Mert, 31-öz qapısına – Moreno, 42.

Antalyaspor – Sivasspor 2:1 Qollar: Buksa, 28-pen. Sariç, 45+3 – Koyta, 13.

Başakşəhər – Fənərbaxça 0:1 Qol: Batşuayi, 90+4-pen.

25 yanvar

Samsunspor – Kayserispor 2:0 Qollar: Z.Yavru, 10. E.Kara, 57.

Qalatasaray – İstanbulspor 3:1 Qollar: K.Aktürkoğlu, 36-pen; 79. M.İkardi, 90+2-pen – Sambissa, 28.

Rizəspor – Trabzonspor 1:0 Qol: Vareşanoviç, 78.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər