"Qalatasaray"da prezident seçkiləri ləğv olundu

"Qalatasaray"da prezident seçkiləri ləğv olundu

Türkiyənin "Qalatasaray" klubunda aprelin 30-da keçirilməsi planlaşdırılan prezident seçkisi baş tutmayacaq.

Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi Ümumi Yığıncaqla bağlı qərarını açıqlayıb.

Məhkəmə "sarı-qırmızılar"da seçkinin sabah baş tutmayacağını bildirib.

Qeyd edək ki, İstanbul təmsilçisində hazırkı prezident Burak Elmasın fəaliyyətinin İdarə Heyəti tərəfindən müsbət rəy almadığı üçün prezident seçkilərinin keçirilməsinə ehtiyac duyulub. Məhkəmə aprelin 19-da seçkini ləğv etsə də, Asliye Hüquq Məhkəməsi prosesin baş tuta biləcəyini açıqlamışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər