"Qalatasaray" yeni transferini açıqladı

"Qalatasaray" yeni transferini açıqladı

Türkiyənin "Qalatasaray" klubu yeni futbolçu transferini gerçəkləşdirib.

Fanat.Az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Almaniya “Leypsiq"dən Xose Anxel Esmoris Tasende (Anxelinyo) transfer edilib.

"Sarı-qırmızılar" 26 yaşlı cinah müdafiəçisinin keçidi üçün Bundesliqa təmsilçisi ilə danışıqlara başlanıldığını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirib.

Bundan əlavə, "Qalatasaray" ispan oyunçunun videosunu paylaşaraq onun Türkiyəyə yollandığını diqqətə çatdırıb.

Xatırladaq ki, Anxelinyo 2020-ci ildə “Leypsiq"də çıxış edirdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər