Qadın azarkeş həbs olundu - SƏBƏB

Qadın azarkeş həbs olundu - SƏBƏB

İngiltərənin "Midlsbro" klubunun qadın azarkeşi həbs edilib.

Fanat.Az xəbər verir ki, buna fanatın 11 yaşlı övladını oteldə qoyaraq komandasının "Mançester Yunayted" üzərində qələbəsini qeyd etməyə getməsi səbəb olub. Çempionşip təmsilçisi ölkə kubokunun 1/16 finalında "qırmızı şeytanlar"ı mübarizədən kənarlaşdırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları anası otelə gələnədək uşağa baxıblar. İngiltərə qanunlarına görə, himayəsində olan şəxsə qulluq vəzifələrinə etinasızlıq ona qarşı zorakılıq növü kimi qiymətləndirilir.

Qeyd edək ki, "Mançester Yunayted" - "Midlsbro" matçının əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilərdə daha dəqiq (8:7) oynayan qonaqlar növbəti mərhələyə yüksəliblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər