PSJ-dən səfərdə inamlı qələbə

PSJ-dən səfərdə inamlı qələbə

Fransa Liqa 1-də 27-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 6 oyun baş tutub.

“Strasburq” evdə “Renn”ə qalib gəlibsə, “Loryan” “Brest”ə, “Klermon” “Tuluza”ya, “Havr” “Monpelye”yə, “Nitsa” da “Nant”a uduzub. Marsel “Olimpik”inin qonağı olan PSJ də turu inamlı qələbə ilə başa vurub.

Hazırda 62 xala malik PSJ vahid liderdir. “Brest” 50 xalla 2-ci, “Monako” 49 xalla 3-cü pillədə qərarlaşıb. “Lill” 46, “Nitsa” 43, “Lans” 42, Marsel “Olimpik”i, “Renn” və “Reyms” 39, Lion “Olimpik”i 35 xal toplayıb.

Fransa Liqa 1 27-ci tur 29 mart

Lill – Lans 2:1 Qollar: Jeqrova, 9; 60 – Vahi, 78.

30 mart

Mets – Monako 2:5 Qollar: Diallo, 78. Sane, 84 – Minamino, 4. Akliuşe, 10. Vanderson, 16. Baloqun, 76; 87.

Olimpik (Lion) – Reyms 1:1 Qollar: Nuama, 65 – Okumu, 55.

31 mart

Loryan – Brest 0:1 Qol: Del Kastilyo, 86.

Klermon – Tuluza 0:3 Qollar: Syerro, 8; 79. Dallinqa, 73.

Havr – Monpelye 0:2 Qollar: Ferri, 72. Jülyen, 80.

Nitsa – Nant 1:2 Qollar: Moffi, 72-pen – Ablin, 19. M.Məhəmməd, 76-pen.

Strasburq – Renn 2:0 Qollar: Senaya, 71. Sebas, 73.

Olimpik (Marsel) – PSJ 0:2 Qollar: Vitinya, 53. Q.Ramos, 85.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər