PSJ-dən səfərdə inamlı qələbə

PSJ-dən səfərdə inamlı qələbə

Fransa Liqa 1-də 8-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 6 görüş baş tutub.

Lion “Olimpik”i evdə “Loryan”la “sülh” bağlayıb. “Brest” - “Tuluza” və “Lans” - “Lill” görüşləri də heç-heçə bitib.

Marsel “Olimpik”i doğma meydanda “Havr”a, “Monpelye” “Klermon”a qalib gəlib. Son çempion PSJ isə səfərdə “Renn”i üstələyib.

Hazırda 17 xala malik “Monako” vahid liderdir. “Nitsa” 16 xalla ikincidirsə, PSJ və “Brest” 15, “Reyms” 13, Marsel “Olimpik”i və “Lill” 12 xal toplayıblar.

Fransa Liqa 1 8-ci tur 6 oktyabr

Strasburq – Nant 1:2 Qollar: Dion, 90+2 – Koko, 50. Mutussami, 57.

7 oktyabr

Mets – Nitsa 0:1 Qol: Budaui, 14.

Reyms – Monako 1:3 Qollar: Teuma, 57-pen – Yakobs, 42. Baloqun, 46. Ben Yedder, 49.

8 oktyabr

Olimpik (Marsel) – Havr 3:0 Qollar: Sangante, 18-öz qapısına. Obameyanq, 21. Sarr, 84.

Brest – Tuluza 1:1 Qollar: Satriano, 90+2 – Maqri, 27.

Olimpik (Lion) – Loryan 3:3 Qollar: Nuama, 21. Lakazett, 22; 41 – Kroupi, 16; 54. Yonqva, 79.

Monpelye – Klermon 4:2 Qollar: Əl-Tamari, 16; 76. Savanye, 31-pen; 48-pen – Maqnin, 26. Konate, 45.

Lans – Lill 1:1 Qollar: Maçado, 70 – Andre, 45+2.

Renn – PSJ 1:3 Qollar: Quiri, 56 – Vitinya, 32. Hakimi, 36. Muani, 58.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər