Prosineçkinin qızı zəhərləndi

Prosineçkinin qızı zəhərləndi

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin Bakıya gəlişinin yubanma səbəbi müəyyənləşib. 

Fanat.Az-ın "Report"a istinadən məlumatına görə, bu, hazırda vətəni Xorvatiyada olan 48 yaşlı mütəxəssisin ailəsində problemin yaranması ilə əlaqədardır.

Belə ki, R.Prosineçkinin qızı qidadan zəhərlənib. Bu səbəbdən onun avqustun 20-nə nəzərdə tutulan Bakı səfəri növbəti dəfə yubanıb. Baş məşqçinin avqustun 22-də gələcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 1-də səfərdə Norveçlə, sentyabrın 4-də isə evdə San Marino ilə 2018-ci il dünya çempionatının seçmə oyunlarına çıxacaq. Hələlik bu qarşılaşmalar üçün heyət açıqlanmayıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər