Prosineçki millimizə inanmır

Prosineçki millimizə inanmır
Millimizin sabiq baş məşqçisi Robert Prosineçki "AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Xorvatiya - Azərbaycan oyunu ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, xorvat mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında sürpriz nəticənin qeydə alınacağına inanmadığını deyib:
"Azərbaycan millisi mənim vaxtımdakı ilə müqayisədə az dəyişib. Güman edirəm ki, Nikola Yurçeviç bir neçə dəyişiklik edəcək. Azərbaycan Xorvatiya üçün çətinlik yarada bilər. Azərbaycanlı futbolçular Zaqrebdə sona qədər savaşdan çəkilməyəcəklər. Ancaq onların Xorvatiyanı büdrədəcəklərinə inanmıram. Xüsusilə də, "Maksimir" stadionunda. Ancaq nəticə əldə etmək üçün sona qədər mübarizə aparacaqlar. Onlar sürətli və fərdi keyfiyyətlərdə seçilirlər. Ancaq Xorvatiya ilə eyni səviyyədə deyillər”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər