İngiltərinin "Lester” klubunun prezidenti Vişay Şrivaddanaprabxanın olduğu helikopter qəzaya düşüb.
Fanat.Az xəbər verir ki, hadisə klubun ev oyunlarını keçirdi "Kinq Pauer” stadionu yaxınlığında baş verib. Prezident həmin vaxt helikopterin göyərtəsində olub.
Hadisə İngiltərə Premyer Liqasının "Lester” - "Vest Hem” oyunundan sonra baş verib. Adətən Şrivaddanaprabxa şəxsi helikopteri ilə matçlardan sonra Lesterdən Londona qayıdırmış.
Qeyd edək ki, Şrivaddanaprabxa "Lester”i 2010-cu ildə alıb. 2015/16 mövsümündə isə klub tarixində ilk dəfə İngiltərə çempionu olub.
Fanat.Az