"Tottenhem"in baş məşqçisi Ange Postekoğlu hücumçu Son Xın Minin uzun illər yüksək səviyyəni qoruyub saxlamasının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqa klubunun çalışdırıcısı Postecoglou bu gün "Vulverhempton" ilə keçiriləcək matçdan əvvəl təşkil olunana mətbuat konfransında cənubi koreyalını tərifləyib.
“Son təbiətcə əla oğlandır. O, çox nəzakətli və hörmətlidir, lakin bu o demək deyil ki, Son əsl qalib və ən yüksək standartlara malik bir insan ola bilməz. Xüsusilə Premyer Liqada bu qədər uzun müddət yüksək səviyyəni saxlamaq üçün xüsusi nizam-intizam lazımdır. Onun yüksək standartlara sadiqliyi uğura gətirib çıxarır".
Qeyd edək ki, Cənubi Koreyadan olan forvard 2015-ci ildə "Tottenhem"ə qoşulduqdan sonra hotspurluların heyətində 394 oyunda 157 qol vurub. Cari mövsümdə isə 31 yaşlı hücumçu 22 oyunda 12 dəfə fərqlənib.
Mirağa