Poqba son seçimini etdi

Poqba son seçimini etdi

"Mançester Yunayted"in fransalı yarımmüdafiəçisi Pol Poqba növbəti mövsüm "qırmızı şeytanlar"ın futbolçusu olmayacaq.

Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı oynçu artıq gələcəyi ilə bağlı seçimini edib.

Poqba "Mançester Siti" və PSJ-nin təkliflərini "Yuventus"a qayıtmaq üçün rədd edib. Futbolçu və "qoca sinyora" arasında danışıqlar uğurla davam edir. O, böyük ehtimalla, növbəti mövsümdən məhz "Yuventus"un şərəfini qoruyacaq.

Tərəflər münasibətləri rəsmiləşdirsə, bu, Poqbanın "Mançester Yunayted"dən "Yuventus"a ikinci keçidi olacaq. Belə ki, 2012-ci ildə də fransalı ulduz "qırmızı şeytanlar"ı Turin təmsilçisinə dəyişmişdi.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər