"Yuventus” sabiq futbolçusu - hazırda "Mançester Yunayted”in formasını geyinən Pol Poqbanın agenti ilə danışıqlara start verib.
Fanat.Az "le 10sport”a istinadən xəbər verir ki, Turin klubu Miralem Pyaniç və Adrien Rabyonun komandanı tərk etmək ehtimalı artandan sonra Poqbaya daha yüksək əməkhaqqı təklif edib.
Mənbəyə inansaq, bir müddət öncə MY-də qalacağı deyilən fransalı ulduz başgicəlləndirici əməkhaqqı təklifini geri çevirə bilmir.
Poqbanın "qırmızı şeytanlar”la olan müqaviləsini müddəti 2021-ci ilin yayında bitəcək. Müqavilədəki xüsusi bəndə əsasən İngiltərə klubu oyunçunu daha bir il saxlaya bilər.
Fanat.Az