Pol Merson "Ronaldu heç kimə lazım deyil"

Pol Merson "Ronaldu heç kimə lazım deyil"

İngiltərə millisinin və "Arsenal"ın sabiq futbolçusu hazırda isə futbol eksperti kimi çalışan Pol Merson "Mançester Yunayted"i Kriştianu Ronaldunu satmağa çağırıb.

Fanat.Az xəbər verir ki, "Sky Sports" 54 yaşlı mütəxəssisin dediklərini belə çatırıb:

“Mançester Yunayted” birdəfəlik Kriştianu Ronaldu qurtulmalıdır. Bu uzanan "dastan" mümkün qədər tez bitməlidir.

O sənə nə istədiyini söyləyibsə ondan yapışmağın nə mənası var? İstənilən futbolçu formada olmaq üçün matçlarda iştirak etməlidir. Amma o, 37 yaşında bundan məhrum oldu.

Fanatların bunu necə qəbul edəcəyini bilmirəm, çünki Ronaldu ayrılmaq istədiyini açıq şəkildə bildirib. O, bu dəqiqə heç kimə lazım deyil".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər