Poçettinonun yeni klubu bilindi

Poçettinonun yeni klubu bilindi

Argentinalı mütəxəssis Maurisio Poçettino "Çelsi" ilə müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Mett Lou yayıb. 

Onun mövsüm başa çatan kimi vəzifəsinin icrasına başlayacağı bildirilir. 

Xatırladaq ki, hazırda “zadəganlar”a cari mövsümün sonunda komandanı tərk etməli olacaq Frenk Lempard başçılıq edir.

51 yaşlı Poçettino "Tottenhem" və PSJ klublarındakı işi ilə tanınır. O, 2019-cu ildə hotsburqluları Çempionlar Liqasının finalına çıxarıb. Bundan üç ildən sonra isə PSJ ilə Fransa çempionluğunu qazanıb. O, ötən yay Paris klubundan ayrıldıqdan sonra işsizdi.

"Çelsi" növbəti matçını bu gün, mayın 28-də "Nyukasl"a qarşı keçirəcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər