Poçettinonun taleyi tükdən asılıdır

Poçettinonun taleyi tükdən asılıdır

"Tottenhem” rəhbərliyi komandanın baş məşqçisi Maurisio Poçettinonun fəaliyyətindən razı deyil. Fanat.Az "The Telegraph”a istinadən xəbər verir ki, Premyer Liqada ardıcıl beş oyundur ki, qələbə qazana bilməyən London təmsilçisi noyabrın 23-də "Vest Hem"lə səfər oyununda da xal itirsə, argentinalı mütəxəssis istefaya göndəriləcək.

Hazırda turnir cədvəlində 14 xalla 14-cü pillədə qərarlaşan komanda Çempionlar Liqasına vəsiqə verən yerdən çox uzaqdadır. Qeyd edək ki, Poçettino 2014-cü ildən "Tottenhem”i çalışdırır. Onun müqaviləsi ötən il yenilənib. Sözləşmədəki bəndə əsasən çalışdırıcı istefaya göndərilsə, klub ona 14 milyon avro təzminat ödəməlidir.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər