Poçettino qovuldu - RƏSMİ

Poçettino qovuldu - RƏSMİ

İngiltərənin "Tottenhem” klubu baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərib.

 

 

Fanat.Az xəbər verir ki, bu barədə London klubunun saytı məlumat yayıb.

Məlumatda Poçettinonun köməkçiləri ilə birgə istefaya göndərildiyi bəyan olunub. Paytaxt klubunun yeni baş məşqçisinin kimliyinə qarşıdakı günlərdə aydınlıq gələcək.

Argentinalı mütəxəssis 2014/15 mövsümündən İngiltərə klubunu çalışdırırdı. Geridə qalan beş mövsümdən dördündə onun komandası İngiltərə Premyer Liqasını ilk dördlükdə tamamlayıb. "Tottenhem" ötən mövsüm tarixində ilk dəfə yüksəldiyi Çempionlar Liqasının finalında "Liverpul"a 0:2 hesabı ilə uduzub. Bu mövsüm komanda yumşaq desək, relsdən çıxmış qatarı xatırladır. Hotspurlular Premyer Liqanın geridə qalan 12 turunda cəmi 14 xal toplayaraq turnir cədvəlində 14-cü pillədə mövqe tutub.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər