Poçettino finalda kimi dəstəkləyəcək? - AÇIQLAMA

Poçettino finalda kimi dəstəkləyəcək? - AÇIQLAMA

2019-cu il Çempionlar Liqasınını finalında "Tottenhem"i çalışdırarkən "Liverpul"a uduzan PSJ-nin hazırki baş məşqçisi Maurisio Poçettino bu axşam sözügedən turnirin finalında "Real Madrid"i dəstəkləyəcəyini bildirib.

Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssis bu barədə "Marca" nəşrinə açıqlamasında bildirib: 

"Finala öz komandamla çıxmamışamsa xüsusi maraqla izləmirəm. Amma bu gün "Tottenhem"i çalışdırarkən finalda məğlub olduğum komanda (Liverpul) oynayır. Odur ki, onların rəqibi -  "Real Madrid"i dəstəkləyəcəyəm".

Xatırladaq ki, "Liverpul" - "Real Madrid" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər