Pirlo Ronaldunu niyə ehtiyatda saxladığını açıqladı

Pirlo Ronaldunu niyə ehtiyatda saxladığını açıqladı
Yuventus"un baş məşqçisi Andrea Pirlo A Seriyasının 26-cı turu çərçivəsində "Latsio"ya qarşı keçirilən oyunda Kriştianu Ronaldunun adını niyə start "11-liy"ə salmadığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" Pirlonun söylədiklərini belə çatdırıb:
"Ronaldu səkkiz və ya doqquz oyunda əvəz edilmədən oynamışdı. "Latsio" ilə matçda istirahət etməsi vacib idi. Bunu öncədən razılaşdırmışdıq. Ronaldu istənilən komanda üçün əlavə üstünlük deməkdi. O, artıq 20 qol vurub. Şadam ki, uşaqlar onsuz oynamağı və qol vurmağı bacardılar".
25 oyuna 52 xal toplayan "Yuventus" A Seriyasının turnir cədvəlində 3-cü sırada mövqe tutub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər