Piolinin yerini ya Konte tutacaq, ya da...

Piolinin yerini ya Konte tutacaq, ya da...

"Milan"ın baş məşqçisi Stefano Pioli postunu cari mövsümün gedişində və ya bu ilin yayında tərk edəcəyi halda, onun yerini iki mütəxəssisdən biri tutacaq.

Fanat.Az "La Repubblica"ya istinadən xəbər verir ki, İtaliya nəhənginin bossları komandanın Antonio Konte və ya Roberto De Dzerbiyə tapşırılmasını planlaşdırır.

Hazırda Konte "Tottenhem"i, De Dzerbi "Brayton"u çalışdırır.

Qeyd edək ki, ötən mövsüm 11 ildən sonra "Milan"a İtaliya çempionluğunu qazandıran Piolinin komandası hazırda A Seriyasının turnir cədvəlində 6-cı yerdədir. İtaliya Superkubokunda əzəli rəqibi "İnter"ə uduzan, İtaliya Kubokunun 1/16 finalında "Torino"ya yenilərək mübarizəni dayandıran "qırmızı-qaralar" çempionatın lideri "Napoli"dən 18 xal geri qalır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər