Piolinin yeni klubu bilindi

Piolinin yeni klubu bilindi

"Milan"ın baş məşqçisi Stefano Pioli "Napoli"yə təyinat almağa yaxındır.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" yayıb.

Mənbənin məlumatına görə, neapollular Pioli ilə 3 illik müqavilə bağlayacaq. O,  “Napoli”ni müntəzəm olaraq Çempionlar Liqasına çıxarmaq öhdəliyini üzərinə götürüb.

Piolinin "Milan"la müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Lakin şayiələrə görə, klub bu mövsümün sonunda 58 yaşlı mütəxəssislə əməkdaşlığa son qoymaq qərarına gəlib.

Pioli 2019-cu ildən "Milan"a rəhbərlik edir və 2021/22 mövsümündə "rossoneri" ilə İtaliya çempionatının qalibi olub.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər