Pioli ingilis klubunun təklifini rədd etdi

Pioli ingilis klubunun təklifini rədd etdi

"Milan"ın sabiq baş məşqçisi Stefano Pioli İngiltərə Premyer Liqasından gələn təklifi rədd edib. 

Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Oratsio Akkomando məlumat yayıb.

Mənbənin məlumatına görə, Pioli bu yay "Nottingem Forest"dən təklif alıb. Ancaq çalışdırıcı dəvətə maraq göstərməyib, çünki o, daha cəlbedici bir iş tapacağına ümid edir. Baxmayaraq ki, italiyalı mütəxəssis hələ "Milan"ı tərk etməzdən əvvəl verdiyi açıqlamada ingilis dilini öyrəndiyini və yeni çağırışa hazırlaşdığını etiraf etmişdi. 

Stefano Pioli 2019-cu ilin oktyabrından "Milan"ı çalışdırırdı. Mütəxəssisin “rossoneri”nin sükanı arxasındakı əsas nailiyyəti 2021/22 mövsümündə A Seriyasının qalibi olmasıdır. "Nottingem Forest" isə son Premyer Liqanı 17-ci yerdə başa vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər