"Barselona"nın futbolçusu Jerar Pikeni azarkeşlər ABŞ-da "Real"a qarşıkeçirdikləri yoxlama oyununda (1:0) fitə basıblar.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, ispan müdafiəçi sevgilisi Şakiraya xəyanət etdiyi üçün azarkeşlərin qəzəbinə tuş gəlib. Tərəfdarlar meydana 62-ci dəqiqədə çıxan Pikenin topa hər toxunuşuna mənfi reaksiya veriblər. Fanatlar bir neçə dəfə Şakiranın adını səsləndirərək futbolçuya niyə təzyiq etdiklərinə eyham vurublar.
Qeyd edək ki, Pike və Şakira ötən ay uzun sürən münasibətlərinə son qoyublar.
Nihat