"Barselona"nın təcrübəli müdafiəçisi Jerar Pike İspaniya Primyerasının 17-ci turunda "Osasuna" ilə səfər heç-heçəsini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, AS Pikenin söylədiklərini belə çatdırıb:
"Kritik vəziyyətdəyik. Təcili olaraq qələbə qazanmağa başlamalıyıq. Bu andan növbəti matçdakı qələbə perspektivi haqda düşünməliyik. Komandamızdakı gənc futbolçuların klub üçün faydalı olacaqlarına şübhə etmirəm. Ancaq indi bizim üçün qələbədən daha vacib heç nə yoxdur".
Qeyd edək ki, "Barselona" turnir cədvəlinin 8-ci pilləsində mövqe tutub.
Nihat