Peşəkar Çövkən Liqasında I tur start götürdü

Peşəkar Çövkən Liqasında I tur start götürdü

Azərbaycanda ilk dəfə təşkil olunan Peşəkar Çövkən Liqasının I turunun qarşılaşmaları reallaşıb.

Fanat.Az xəbər verir ki, bu gün iki görüş baş tutub.

Matçlar hər biri 15 dəqiqədən ibarət olmaqla ümumilikdə 30 dəqiqə davam edib.

"Omar" - "Embavud" 1:0 "Sərhədçi" - "Ağstafa Dilbaz" 7:0

Qeyd edək ki, Peşəkar Çövkən Liqasının bütün oyunları Binə Atçılıq Mərkəzində keçiriləcək. Yarışda 10 komanda - "Ağstafa Dilbaz", "Elit", "Embavud", "Köhlən", "Qarabağ", "Omar", "Polad", "Sərhədçi", "Şirvan" və "Zəfər" iştirak edir. Çempionat dekabrın 4-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər