İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peresin növbəti qalmaqallı səs yazısı yayılıb.
Fanat.Az "El Confidencial"a istinadən xəbər verir ki, bu dəfəki səs yazısında Peres tanınmış yarımmüdafiəçilər Quti (Xose Maria Qutiyerres) və Luiş Fiqunu təhqir edib.
"Fiqu soyunub-geyinmə otağında hər şeyi korlayır. O, özünü it balası kimi aparır. Raul da elədir. İkisi də özünü olduqca pis aparır”, - deyə Peres portuqaliya futbolçu haqda danışıb.
2012-ci ilə aid səs yazısında isə Peres Quti haqda "Əməlli başlı dəlidir" və "Quti özünün əsas düşmənidir" deyə kobud ifadələr səsləndirib.
Qeyd edək ki, Luiş Fiqu 2000-ci ildə "Barselona"dan "Real Madridə"ə keçməklə ən qalmaqallı transfer olunan futbolçu kimi yadda qalıb. Quti isə "Kral klubu"nun yetirməsidir və karyerasının böyük hissəsini (1994-2010-cu illər) Madriddə keçirib.
Emin Şəmsiyev