"Barselona", "Liverpul", eləcə də İspaniya millisinin sabiq qolkiperi Pepe Reyna "Vilyarreal"ın qapıçısıdır.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
39 yaşlı "çərçivə" qoruyucusu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Reynanın son iş yeri İtaliyanın "Latsio" klubu olub.
Emin