Braziliyalı əfsanəvi futbolçu Pelenin səhhətində problem yaranıb.
Fanat.Az xəbər verir ki, 82 yaşlı veteran yenidən xəstəxanaya yerləşdirilib.
Məlumatı ESPN yayıb.
Pele San-Pauludakı "Albert Eynşteyn" klinikasında müalicə alır. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildirib.
Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib.