Paytaxt klubunda yeni baş məşqçi

Paytaxt klubunda yeni baş məşqçi

İqor Tudor "Latsio"nun baş məşqçisi təyin olunub. 

Fanat.Az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssis istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib. Tudorla imzalanan müqavilənin detalları açıqlanmayıb.

İqor Tudorun sonuncu iş yeri Marsel “Olimpik"i olub. 

"Latsio" bu mövsüm A Seriyasının turnir cədvəlində 43 xalla 9-cu pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər