Paytaxt klubu yeni məşqçisinə qovuşdu

Paytaxt klubu yeni məşqçisinə qovuşdu

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin daha bir köməkçisinin kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki,  bu, Rusiyanın II liqasının Cənub zonasında mübarizə aparan Maykop "Drujba"sının baş məşqçisi postundan istefa verərək paytaxt klubu ilə anlaşan Aleksandr Deriberindir.

Rusiyalı mütəxəssis bu gün keçirilən “Neftçi ” – “Sumqayıt” matçını tribunadan izləyir.

Qeyd edək ki, Deriberin "Mostransqaz", "Nafkom", "Zvezda" və "Desna" klublarında məşqçi vəzifəsində çalışıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər