Pavar Almaniyanı İngiltərəyə dəyişir

Pavar Almaniyanı İngiltərəyə dəyişir

"Bayern Münhen"in müdafiəçisi Benjamin Pavar karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Xəbərə görə, Pavarla "Liverpul" yaxından maraqlanır. Premyer Liqa klubu artıq müdafiəçinin agentləri ilə əlaqə saxlayıb.

"Liverpul"dan başqa, "Çelsi", "Barselona", "İnter" və "Milan" fransız futbolçunu ələ keçirməyə çalışır. "Bayern" rəhbərliyi 30-40 milyon avroluq təklif alacağı halda, onu satmağı düşünür.

Qeyd edək ki, 27 yaşlı Pavar ötən mövsüm "Bayern" forması ilə ümumilikdə 43 matça çıxaraq 7 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Fransalı oyunçunun klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər