Paşayevin komandasından darmadağın

Paşayevin komandasından darmadağın
Futbol üzrə Ukrayna Premyer Liqasında IV turun oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin klubu "Aleksandriya” doğma meydanda "Dnepr”lə qarşılaşıb.
 
Paşayevin start heyətdə meydana çıxıb və sonadək mübarizə apardığı oyunda "Aleksandriya” 4:1 hesabı ilə qalib gəlib. 
 
Millimizin müdafiəçisi komandasının 3-cü dəqiqədə vurduğu ilk qol zamanı məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, "Aleksandriya” 4 turdan sonra 6 xalla 14 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər