Paşayevin komandasında 27 nəfər koronavirusa yoluxdu

Paşayevin komandasında 27 nəfər koronavirusa yoluxdu
Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" komandasında son 2 gündə koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.
Fanat.Az klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, bu müddət ərzində 27 nəfərdə infeksiya aşkarlanıb.
Onlardan 15 nəfəri evlərində karantinə alınıb, 11-i nəfər ailə həkiminin nəzarəti altında, 1-i isə xəstəxanada müalicə alır.
Qeyd edək ki, "Aleksandriya" oktyabrın 18-də Ukrayna Premyer Liqasının VI turu çərçivəsində "İnqulets" klubu ilə qarşılaşmalıdır.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər