Paşayev oynadı, komandası 4 qol vurdu

Paşayev oynadı, komandası 4 qol vurdu

Millimizin futbolçusu Pavel Paşayevin çıxış etdiyi “Stal” Ukrayna Premyer Liqasında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, komanda XXII turda doğma meydanda "Aleksandriya" ilə qarşılaşıb. Matç "Stal"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Paşayev start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, "Stal" 22 turdan sonra 24 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər