Paris-2024: Dominqes finala vəsiqə uğrunda rinqə çıxır

Paris-2024: Dominqes finala vəsiqə uğrunda rinqə çıxır

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın üç idmançısı mübarizə aparacaq.

Əvvəlcə atıcı Ruslan Lunyov mübarizəyə start verəcək. O, 25 metr məsafədən güllə atıcılığında özünü göstərəcək.

Daha sonra çəkicatan Anna Skidan mübarizəyə qoşulacaq. 

Bu gün həmçinin, artıq medallardan birini təmin edən boksçumuz Alfonso Dominqes (92 kq) finala vəsiqə uğrunda rinqə çıxacaq. Təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla ilə qarşılaşacaq. Döyüş günorta saatlarında baş tutacaq. 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər