Futbol üzrə Niderland birinci divizionunda 32-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Kambur”la qarşılaşıb. Futbolçumuzun komandası yekunda 0:3 hesablı məğlubiyyətə üzülüb.
Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub, 45+4-cü dəqiqədə sarı vərəqə alıb.
“Eyndhoven” hazırda 38 xalla 14-cü pillədə qərarlaşıb.