Oyunda kütləvi dava düşdü: 4 nəfər yaralandı

Oyunda kütləvi dava düşdü: 4 nəfər yaralandı

Türkiyədə "Diyarbakırspor" və "Yeni Muş" komandaları arasında həvəskar liqa matçında kütləvi dava düşüb.

Fanat.Az "NTV Spor"a istinadən xəbər verir ki, futbolçular arasında insident ilk hissə başa çatdıqdan sonra baş verib. Yalnız polislərin müdaxiləsindən sonra oyunçuları sakitləşdirmək mümkün olub.

Daha sonra hadisəyə azarkeşlər qarışıblar. Fanatların tribunadan meydançaya atdığı oturacaqlar hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarına dəyib. Nəticədə 4 nəfər yaralanıb, 2 tərəfdar isə saxlanılıb.

Hadisənin səbəbi hələlik bəlli deyil.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər