Oyunçunu vuran hakimə sərt cəza

Oyunçunu vuran hakimə sərt cəza

Fransa elitasının 20-ci turu çərçivəsində baş tutan "Nant” – PSJ (0:1) matçında "Nant”ın oyunçusu Dieqo Karlosu vuran və meydandan qovan hakim – Toni Şapron futboldan uzaqlaşdırılıb.

Fanat.Az xəbər verir ki, oyunun sonlarına yaxın baş verən epizod zamanı sözügedən futbolçuyla toqquşaraq yıxılan referi onun ayağına zərbə endirəndən sonra əlini cibinə atıb. Fransa Futbol Federasiyası Şapronun qərarını ləğv edib və müvəqqəti olaraq yaşıl meydanlardan uzaqlaşdırıb. Araşdırmaların nəticəsinə əsasən gülünc qərarla yadda qalan ədalət təmsilçisi hakimlikdən birdəfəlik kənarlaşdırıla bilər.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər