Oyun zamanı azarkeşin ürəyi dayandı

Oyun zamanı azarkeşin ürəyi dayandı

Italiya A Seriyasının XVII turu çərçivəsində keçirilən "Roma" - "Spetsiya" matçı zamanı bədbəxt hadisə yaşanıb. 

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, oyunun 30-cü dəqiqəsində meydan sahiblərinin azarkeşi özünü pis hiss edib. Həkimlər dərhal müdaxilə ediblər və 23 yaşlı gənc xəstəxanaya aparılıb. Yolda azarkeşin ürəyi dayanıb, lakin həkimlərin köməyi ilə həyatını xilas etmək mümkün olub. Hazırda həmin şəxs klinikada müalicə alır. 

Qeyd edək ki, "Roma" - "Spetsiya" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər